Türkiyə ordusuna daha 3 ədəd “AKINCI” verildi

Türkiyə Silahlı Qüvvələrinin inventarına daha üç ədəd “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (Taarruzi İnsansız Hava Aracı) daxil edilib.

 

Bu barədə Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəsmi tviter səhifəsində bildirib.

Bununla da Türkiyə Hərbi Hava Qüvvələrində xidmət göstərən “Bayraktar AKINCI”ların sayı 12-ə yüksəlib.