Müqtəda əs-Sədr İraq xalqından üzr istədi

Baş verənlərə görə İraq xalqından üzr istəyirəm.

Bunu İraqdakı şiə lideri Müqtəda əs-Sədr Nəcəf şəhərində keçirilən mətbuat konfransında deyib.

“Baş verənlərdən yorulmuşam, bu hadisələr məni kədərləndirdi. Xalqdan üzr istəyirəm”, – şiə lideri bildirib.

Qeyd edək ki, İraqın paytaxtı Bağdadda baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 270 nəfər isə yaralanıb.