Kreml Qorbaçovu necə basdıracağını bilmir

Mixail Qorbaçovun dəfni ilə bağlı təşkilati işlər bu gün həll ediləcək.

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya lideri Vladimir Putinin dəfndə iştirak edib-etməyəcəyi hələ bəlli deyil:

“Hələlik proseduranın necə olacağını bilmirik. Hər şey doğmalarının və yaxınlarının istəyindən asılıdır. Bu barədə hələlik heç bir informasiya yoxdur”.

Qeyd edək ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ötən gün 92 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.