Rusiyanın daha 117 hərbçisi öldürülüb

Ukrayna hərbçiləri son sutka ərzində ölkənin cənub sərhədlərində Rusiyanın 117 hərbçisini və 30-dan çox texnikasını məhv edib.

Zafertv.az xəbər verir ki, bu barədə Ukrayna “Cənub” əməliyyat komandanlığı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu döyüşlər zamanı ağır itkilər verib.

Rusiyanın son sutkada cənub istiqamətində verdiyi itkilərin siyahısı:

● 117 işğalçı;

● 9 ədəd T-72 tankı;

● 3 ədəd “Qrad” raket sistemi;

● özüyeriyən top “Hyacinth-S”;

● özüyeriyən haubitsa “Msta”;

● 18 zirehli texnika;

● Baştanski, Berislavski, Kaxovski və Xerson vilayətlərində 4 sursat anbarı