ARB-nin aparıcısına nazirlikdə vəzifə verildi

ARB televiziyasının aparıcısı Rüfət Seyidova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verilib.

Modern.az-ın məlumatına görə, R.Seyidov nazirliyin tərkibində DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri və mətbuat katibi təyin olunub.

O, yeni təyinatla əlaqədar ARB-dəki işindən ayrıldığını söyləyib.