ABŞ-ın bu addımı görünməmiş dəlilikdir

“Şimal axını”nın məhv edilməsindən ən çox ABŞ faydalanacaq, Vaşinqton Rusiya ilə qarşıdurmanı gərginləşdirəcək.

Bunu Çinin dövlət nəşri “Qlobal Tayms”ın köşə yazarı Xijin Hu qeyd edib.

“Bu cür təxribat dünya ictimaiyyəti üçün idarəolunmaz nəticələrə səbəb ola bilər. “Şimal axını”nı sabotaj etmək, yeni fəlakətlər yaratmaq istəyilə “Pandoranın qutusu”nu açmaq kimidir və bu cür hərəkətlər görünməmiş dəlilikdir. ABŞ həmişə “Şimal axını 2”yə ​​qarşı olub. ABŞ Avropanı, xüsusən də Almaniyanı Rusiya ilə qarşıdurmaya gətirdi”, – o bildirib.