Ermənistan silahlı qüvvələrinin aviasiya idarəsinin rəisi işdən çıxarılıb

Ermənistan silahlı qüvvələrinin aviasiya idarəsinin rəisi Qaqik Aslanyan işdən çıxarılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.

Q.Aslanyan 2019-cu ildən bu vəzifədə işləyirdi.

Ermənistan silahlı qüvvələrinin aviasiya idarəsinin rəisi vəzifəsinə Ovannes Vardanyan təyin olunub.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə (adı açıqlanmayıb) qarşı cinayət işi açmışdı. O, ölkə ordusu üçün yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri almaqda ittiham olunur.