Trass istefa verməkdən imtina etdi

Böyük Britaniyanın Baş naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının bir sıra deputatlarının çağırışlarına baxmayaraq, istefa verməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, bunu L.Trass bazar ertəsi Britaniya telekanallarına müsahibəsində deyib.

“Mən bu vəzifəyə ona görə seçilmişəm ki, ölkənin mənafeyinə uyğun siyasət aparım. Biz çox çətin dövrdən keçirik. Biz sadəcə olaraq Mühafizəkarlar Partiyası haqqında danışmağa vaxt itirə bilmərik, bunun əvəzinə işlə məşğul olmalıyıq. Bu mənim həmkarlarıma mesajımdır. Mən milli maraqlara uyğun fəaliyyət aparmaq üçün vəzifəmdə qalacağam”, – deyə Baş nazir bildirib.