Putin bununla ukraynalıları sındırmaq istəyir – Blinken

Rusiya Prezidenti Vladimir Putin infrastruktur zərbələri ilə ukraynalıları sındırmağa çalışır.

Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O, Putinin uğur qazanmayacağına əmin olduğunu bildirib:

“Prezident Putin Ukrayna xalqının iradəsini qırmaq cəhdi ilə evlərin və infrastrukturun dağıdılması ilə bağlı yeni strategiya qəbul edib. O, uğur qazana bilməyəcək. Biz lazım olduğu qədər Ukrayna ilə birlikdə qalacağıq”.