Prezident DOST Mərkəzinin AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

Zafertv.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.