Litva Ukraynaya zenit qurğusu verəcək

Litva Ukraynaya növbəti hərbi yardım paketini hazırlayıb.

Bu barədə Litva Prezidenti Gitanas Nauseda Lvovda brifinq zamanı çıxışında deyib.

“Sizə mübarizədə yardım edəcək havadan müdafiə sistemləri və zenit qurğuları verəcəyik”, – deyə dövlət başçısı yerli jurnalistlərə açıqlamasında bildirib.