Qərbi Azərbaycanda güclü partlayış – Ölənlər var

İranın Qərbi Azərbaycan əyalətində güclü partlayış olub.

Hadisə Bukan şəhərində yerləşən yaşayış evlərindən birində baş verib.

İlkin ehtimala görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində 6 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.