Rusiya daha 870 hərbçisini itirib

Son sutkada Rusiya qüvvələri Ukraynada daha 870 hərbi qulluqçusunu itirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir ki, bununla da Rusiyanın Ukraynadakı ümumi itkiləri 116 950 nəfərə çatıb. Həmçinin 3 tank, 11 zirehli döyüş maşını, 5 artilleriya sistemi Ukrayna qüvvələri tərəfindən məhv edilib.