Qardaş ölkələrin XİN başçıları bir arada

Pakistan XİN başçısı Bilaval Butto Zərdari türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə Çavuşoğlu tviter səhifəsində məlumat verib.

Görüş Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində baş tutub.

“Daşkənddə Pakistanın xarici işlər naziri qardaşım Zərdari ilə görüşdük. Gündəmimiz iqtisadi və müdafiə sahəsində əməkdaşlıq, regiondakı hadisələr idi”, – deyə o yazıb.