İranda təqaüdçülər aksiya keçirdi

Fevralın 12-də İranın bir neçə şəhərində təqaüdçülər etiraz aksiyaları keçirdiblər.

Hökumət idarələri qarşısında keçirilən aksiyalarda rejim əleyhinə şüarlar səsləndirilib.

Əhvaz, Kirman, Sircan, Şuş və başqa bir neçə şəhərin təqaüdçüləri aylardır təqaüdlərinin ödənilmədiyini, hökumət idarələri tərəfindən aldadıldıqlarını bildiriblər.