Ceyhun Bayramov İsrailə gedir

Xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Martın 29-da baş tutacaq səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.