Bakıda kafeyə silahlı basqın

Bakıda kafeyə silahlı basqın olub.

Hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən “Aşıqlar” kafesində qeydə alınıb.

Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Səxavət Məhəmməd oğlu Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ricat Salman oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Turan Ələddin oğlu Alıyev saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.