ÇL: “Siti” və “İnter” yarımfinalda!

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başa çatıb.

Son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.

İlk görüşdə Almaniya “Bavariya”sına 3-0 qalib gələn “Mançester Siti” bu dəfə 1-1 hesablı bərabərliyə razılaşıb. Bu nəticə ilə İngiltərə təmsilçisi yarımfinala vəsiqə əldə edib.