Güləşçilərimiz Vətənə qayıtdılar

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında çıxış edən yunan-Roma güləşçilərimiz artıq Vətənə qayıdıblar.

İdmançıları Heydər Əliyev adına Hava Limanında idman ictimaiyyəti, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.