Ermənistanın daha 2 hərbçisi YARALANDI

Erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan şərti sərhədinin Zod kəndi istiqamətində törətdiyi təxribat nəticəsində daha 2 hərbçisi yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Hərbçilərdən birinin vəziyyəti qənaətbəxş, digərinin vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, qarşı tərəf mayın 11-də eyni istiqamətdə törətdiyi təxribatda 4 hərbçisinin yaralandığını açıqlamışdı.