İŞİD-in Mərmərə üzrə “məsul şəxs”i saxlanıldı

Türkiyədə terrorçuluqla mübarizə tədbirləri çərçivəsində növbəti əməliyyat keçirilib.

 “TRT Haber” xəbər verir ki, əməliyyat İstanbul ərazisində gerçəkləşdirilib.

Nəticədə İŞİD terror təşkilatının Mərmərə bölgəsi üzrə “məsul şəxs”i Bilal Özbuğday saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.