İranda polis mayoru öldürülüb

İranın Mərkəzi əyalətinin Zərəndiyyə şəhərinin Narkotiklərlə Mübarizə Polisinin rəisi Rəsul Mehdivipur öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumatda polis mayorunun iyunun 9-da silahlı şəxslərlə qarşıdurmada ağır yaralandığı və iyunun 12-də müalicə olunduğu xəstəxanada keçindiyi bildirilib.