Millətlər Liqası: İspaniya finalda!

İspaniyanın futbol millisi UEFA Millətlər Liqasının yarımfinal matçında İtaliya millisinə qalib gəlib.

Niderlandda keçirilən qarşılaşma ispanların 2-1 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Final matçında İspaniya Niderlandı 4-2 hesabı ilə məğlub edən Xorvatiya ilə görüşəcək.

Qeyd edək ki, final və üçüncü yer uğrunda matç iyunun 18-də keçiriləcək.