Ukrayna 45 rus əsiri geri qaytardı

İyulun 6-da 45 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılacaq.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əsirlikdən azad edilən əsgərlər təyyarə ilə tibb müəssisələrinə aparılacaq, burada müalicə və reabilitasiya kursu keçəcəklər.

Hərbi qulluqçulara lazımi psixoloji və tibbi yardım göstərilir.