Hacıyev Cahid Bağçı ilə Şuşa Bəyannaməsindən danışdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşüb.

Bu barədə Cahid Bağçı Tvitter hesabında paylaşım edib.

Səfir görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən danışdıqlarını qeyd edib.