Ramil Quliyev Türkiyə çempionu oldu

Azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub.

“Fənərbağça” klubunun üzvü olan idmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub.

Qeyd edək ki, R.Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.