Rusiyanın Qarabağda “təzyiqləri” müsbət effekt verməyəcək

Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri korlaması onun Cənubi Qafqazdan çıxması ilə nəticələnəcək.

Bunu  politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə, Rusiya Ukrayna ilə müharibədə məğlub olur: ‘Güclü Türkiyə qarşısında Rusiyanın Azərbaycana qarşı Qarabağda “təzyiqləri” müsbət effekti olmayacaq. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan bayrağını endirməsi, onların Qarabağdan çıxarılmasını yaxınlaşdırır.

Kremldə oturanlar hesab edir ki, gərginliyi artırmaqla Qarabağda qalacaq. Artıq bu hərbi-siyasi taktika indiki şərtlərə uyğun deyil. Kremldə oturanlar 20-ci əsrin siyasətində qalıblar. Güclü Azərbaycan ordusu və müttəfiqi Türkiyə ilə güc yolu ilə Rusiya “sülhməramlı” qüvvələrini çıxaracaq”.