Çavuşoğluna parlamentdə vəzifə verildi

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasındakı Türkiyə nümayəndə heyətinə rəhbərlik edəcək.

Türkiyə mətbuatı xəbər verir ki, onun nümayəndə heyətinin sədri vəzifəsinə namizədliyini parlamentin AKP və MHP-dən olan deputatları irəli sürərək dəstəkləyiblər.

Qeyd edək ki, eks-nazir son parlament seçkilərində deputat seçilib.