İsrailin müdafiə naziri Bakıya gəlir

İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfər edəcək.

Səfər bu gün başlayacaq.

Yerli KİV-də yer alan məlumata görə, nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.

Bundan əlavə, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.