Tovuzda bir ailənin 3 üzvü qarpızdan zəhərlənib

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Dondar Quşçu kəndində baş verib.

1990-ci il təvəllüdlü Xəyal Məhərrəmov, 1994-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 2014-cü il təvəllüdlü Gülay Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar qarpız yedikdən sonra zəhərləniblər.