Kasetli sursatları bərpa etməyi planlaşdırmırıq – Sallivan

ABŞ Ukraynaya verilənləri əvəz etmək üçün özünün kasetli sursat ehtiyatını bərpa etməyi planlaşdırmır.

Bunu Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Bizim hazırkı planımız bu ehtiyatı bərpa etmək deyil”, – o bildirib.

Sallivan əlavə edib ki, sözügedən mərmilərin əvəzinə ABŞ 155 mm-lik mərmi ehtiyatlarını artırmağı planlaşdırır.