REAL çətin durumda: 4,6 min imzası keçərli olmadı

REAL Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi 5100 nəfərlik üzv məlumatlarının yalnız 463 nəfəri keçərli sayılıb.

Bu barədə jurnalist Həbib Müntəzir Feysbuk hesabında paylaşıb.

“Partiya 1 ay ərzində 5000 nəfər üzvü təqdim edə bilməsə, buraxılacaq”, – o bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi partiyaların yenidən qeydiyyatı üçün real olaraq ən azı 5 min üzvünün olması tələbini qoyub. İndiyə qədər 31 partiya bu tələbi yerinə yetirə bilmədiyi və yaxud digər səbəblər əsas gətirilərək, buraxılıb.