İtkin düşmüş 12 nəfərin axtarışları davam edir

Oni Bələdiyyəsinin Şovi kurot zonasında torpaq sürüşməsi ərazisində itkin düşmüş 12 nəfərin axtarışları davam etdirilir.

xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O, əraziyə çox sayda texnika və insan resurslarının cəlb edildiyini, bu vaxta qədər 21 nəfərin meyitinin tapıldığını deyib.

Parlament sədri itkin düşənlərin tapılması üçün hər şeyin edildiyini vurğulayıb.