Zaporojye vilayətinə hücum olunub

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinə hücum edib. 

Unian xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasından bildirilib.

Məlumata görə, hadisə nəticəsində 2 qadın həlak olub, 21 nəfər isə yaralanıb.
Yaralananlardan 4-ü azyaşlıdır.