“Unikal” “İnterfaks”a istinadən xəbər verir ki, Taliban hökumətinin ədliyyə naziri Əbdül Hakim Şarayi “Siyasi partiyaların fəaliyyətinin şəriət əsası yoxdur, millətin və xalqın maraqlarına cavab vermir” deyib.

Qeyd edək ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə qeydiyyatdan keçmiş 73 siyasi partiya var idi. Partiya liderlərinin əksəriyyəti ölkəni tərk edib.