Rusiya qüvvələri bu istiqamətdə irəliləyir – Puşilin

Rusiya Silahlı Qüvvələri Kupyansk və Krasnolimansk istiqamətlərində irəliləyir.

Bunu Donetsk separatçılarının rəhbəri Denis Puşilin deyib.

“Hər gün azı 3-dən 10-12-yə qədər düşmən istehkamlarının darmadağın edildiyi barədə təsdiqlənmiş məlumatlar yayılır”, – Puşilin bildirib.