Türkiyədə sabiq nazirin meyiti tapıldı

Türkiyənin keçmiş qida və kənd təsərrüfatı naziri Kutbettin Arzu Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdindəki yaşayış evlərinin birinin hovuzunda ölmüş vəziyyətdə tapılıb.

Bu barədə “Cümhuriyyət” məlumat yayıb.

Hadisəyə ilkin səbəb kimi ürəktutması göstərilir.

Faktla bağlı istintaq başladılıb.

Qeyd edək ki, 68 yaşlı K.Arzu 2015-ci ildə nazir vəzifəsini icra edib.