Bakıda divar uçdu: Avtomobilə ziyan dəydi – VİDEO

Bakıda su sızması səbəbindən divar uçub.

Zafer Tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu Aydın Məmmədov küçəsi, 76-84 ünvanında baş verib. Vətəndaşlar iddia edirlər ki, hadisə nəticəsində yaxınlıqda park halında olan avtomobillərə ziyan dəyib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail Rayon Su Kanal İdarəsindən bildirib ki, sözügedən ünvanda quruma aid heç bir su xətti yoxdur:

“Əraziyə idarənin əməkdaşları tərəfindən baxış keçirilib. Baş verən hadisənin ərazidə yaşayan sakinlərdən birinin su çənindən sızıntı ilə əlaqəli olduğu ehtimal edilir. Ərazidə quruma aid heç bir su xətti mövcud deyil”.