Erməni deputat: “Paşinyan yeni müharibənin anonsunu verib”

“Baş nazir Nikol Paşinyan bəyanatları ilə yeni müharibə və itkilərin anonsunu verib”.

Zafer Tv erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində “Hayastan” müxalifət fraksiyasının üzvü Anna Qriqoryan tərəfindən səslənib.

“Müstəqillik əldə etdikdən 32 il sonra Ermənistan Respublikasının varlığını, onun dövlətçiliyini şübhə altına alan biri peyda olub. Həmin şəxs Nikol Paşinyandır. İndiyə qədər heç kimin ağlına dövlətçiliyi və müstəqilliyi şübhə altına alan suallar gəlməyib. Yalnız onun hakimiyyəti dövründə bu sual yarandı. Əvvəllər biz Ermənistanın inkişafını necə təmin etməyi, ölkə daxilində mövcud olan problemləri müzakirə edirdik. Bunların içində korrupsiya, yoxsulluq, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ kimi məsələlər olub. İndi bütün bu məsələlər gündəmdən çıxarılıb, yalnız bir məqsəd qalıb – “heç olmasa əlimizdə olanı qorumaq””, – deyə Qriqoryan “Qırmızı xətt” verilişində bildirib.