QHT sədri İkinci Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Həmrəylik Komitəsinin sədri, Qarabağ qazisi Əlisahib Hüseynov 27 sentyabr – Anım Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib.

Bu barədə Zafer.az-a Azərbaycan Həmrəylik Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

“44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə dərin ehtiramın bildirilməsi üçün Azərbaycan Həmrəylik Komitəsinin rəhbərliyi tərəfindən şəhid məzarları ziyarət olunub.

Əlisahib Hüseynov Milli Qəhrəman Polad Həşimovun, İlqar Mirzəyevin, Şükür Həmidovun, Vüqar Ağayevin və digər şəhidlərimizin məzarlarının üzərinə tər güllər qoyub.

Bütün şəhidlərimizin ruhlarına dualar oxunub”.