97 yaşlı Cənnəti İmam Zamanı gözləyir

Ən böyük arzum şəhid olmaqdır.

Zafer Tv axar.az-a istinadən xəbər verir ki, bunu İranın Ekspertlər Məclisinin sədri, 97 yaşlı Əhməd Cənnəti başçılıq etdiyi qurumun iclasında deyib.

“Ümid edirəm ki, İmam Zaman zühur edəndə mən də həyatda olum və onun uğrunda şəhidlik zirvəsinə yüksəlim”, – Cənnəti deyib.

İranlı sosial media istifadəçiləri Cənnətinin istəyinə rişxənd edərək, onun bu çıxışının, əslində, ölümsüz olmaq arzusu ilə bağlı olduğunu yazıblar.