“Onkoloji xəstəliklərin müalicəsi üçün ciddi vəsait tələb edilir”-Əhliman Əmiraslanov

“Xidmətlər zərfi”nə beynin xoşxassəli şişləri ilə bağlı bir məsələ salınıb. Mən hesab edirəm ki bizdə icbari tibbi sığortadan kənarda heç bir patologiya, xəstəlik qalmamalıdır”.

Zafer Tv xəbər verir ki, bu fikirləri milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün yenilənmiş “Xidmətlər Zərfinin” təqdimatına dair tədbirində çıxış edərkən deyib.

O bildirib ki, dünyada əhali arasında ən çox ölümə səbəb olan iki xəstəlikdən birinin də icbari tibbi sığortaya daxil olmaması başa düşülən deyil” Bu, təəssüf doğurur. Bilirsiniz ki, onkoloji xəstəliklərin müalicəsi üçün ciddi vəsait tələb edilir. Bu gün onkoloji xəstəliklərin müalicəsinə 50 milyonluq vəsait ayrılıb amma bu xəstələrin sayı ilə düz gəlmir.

Bir ailədə iki xəstə varsa, biri ürək, biri onkolojidən əziyyət çəkir. Ürək problemi olan icbari tibbi sığorta hesabına əməliyyat olur, həyata qayıdır, onkoloji xəstə isə qalır ki, vəsaiti haradan tapım?”\\Musavat.com\\