Söyüdlü olayı: Nazir kənd sakinləri ilə görüşdü

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın üzvləri bu gün kəndin sakinləri ilə görüşüb.

Zafer Tv xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Micon” beynəlxalq monitorinq şirkətinin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələri barədə kənd sakinlərini nəlumatlandırıb.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Micon” şirkəti tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq hazırlanan tövsiyələri səsləndirib.