Əliyev imtina etdi: Makrondan gülməli “gediş”

Azərbaycan Prezidentinin iştirakdan imtina etməsinə baxmayaraq, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri Qranadada görüş keçirəcək.

Zafer Tv xəbər verir ki, bu sözləri AB-nin yüksək səviyyəli nümayəndəsi Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə deyib.

“Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin dördtərəfli görüşü mövcud vəziyyəti müzakirə etmək, AB-nin nə edə biləcəyini anlamaq, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə gələcək işlərin perspektivlərini qiymətləndirmək üçün keçiriləcək. Tərəflər AB-nin Ermənistan gündəmini inkişaf etdirmək və dərinləşdirmək üçün əməli tədbirləri müzakirə edəcəklər”, – deyə o bildirib.

Qeyd edək ki, tərəflərdən birinin iştirak etmədiyi bu görüşün keçirilməsinin məntiqi aydın deyil. Belə çıxır ki, məqsəd yalnız Ermənistana dəstək verməkdir ki, bunu da Fransa dayanmadan icra edir.