İsrail müharibəsi: BMT TŞ təcili iclasının nəticəsi…

BMT Təhlükəsizlik Şurası ötən gün Fələstin-İsrail toqquşması ilə bağlı keçirdiyi qapalı iclasdan sonra heç bir bəyanat qəbul etməyib.

Zafer Tv xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya deyib.

Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzer də dövlətlərin heç birinin bəyanat layihəsi təklif etmədiyini bildirib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının bütün üzvləri HƏMAS-ın İsrailə hücumunu pisləyib.