Qaluzin Avropanın Rusiya ilə bağlı əsl məqsədini AÇIQLADI

“Avropa İttifaqı İrəvanla Bakı arasında münasibətləri tənzimləməkdən daha çox Rusiyanı regiondan sıxışdırmaqla məşğuldur”.

Zafer  Tv xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb.

“Qərb Rusiyanı beynəlxalq təcrid vəziyyətinə salmağa çalışır. Bu, ümumi kursun bir hissəsidir. Bu gün Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduqlarını deyirlər, lakin eyni zamanda digər iştirakçıların istəklərinə tamamilə məhəl qoymurlar. Yəni Avropa İttifaqı iştirak edə bilən və edə bilməyən hər kəsə diktə etməyi mümkün hesab edir. Bu taktika tam bir ağalıq, müstəmləkəçilik, beynəlxalq ünsiyyətin digər iştirakçılarının qanuni hüquq və mənafelərinə məhəl qoymamaqdır”, – deyə rusiyalı məmur qeyd edib.