Bakı-Sumqayıt “Ekspres” qatarı fəaliyyətə başlayır

Sabahdan Azərbaycan Dəmir Yolları QSC-nin Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarı fəaliyyətə başlayır.

Zafer Tv QSC-yə istinadən xəbər verir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır.

“Ekspres” qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.

Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 20:05-də hərəkət edəcək.