Əliyev Özbəkistan prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın dövlət başçısı Şövkət Mirziyayevi MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi münasibətilə təbrik edib.

Zafer Tv xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib.

“Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şövkət Miromonoviç Mirziyayevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şövkət Miromonoviçi bu layiqli mükafat görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır”, – dövlət başçısı qeyd edib.