Vaqif Xaçatryanın məhkəməsi keçirildi

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi keçirilib.

Zafer Tv xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah edilib.

Bildirilib ki, V.Xaçatryanın hüquqlarını Natiq Bəybalayev müdafiə edəcək.

Prosesdə dövlət ittihamçıları baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri cövdət Mehrəliyevdir.

Prosesdə Zərərçəkmiş şəxs qismində isə Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Murad Hüseynov və Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak edib.

Çıxış edən dövlət ittihamçısı Müqəddəs Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib.

Məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib