Fransalı nazir Ermənistana silah satışından DANIŞDI

Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü Ermənistanın müdafiə naziri Suren Papikyanla silah satışı məsələlərini müzakirə edəcəyini söyləyib.

Zafer Tv xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın xəbərinə görə, Fransa hökuməti bundan əvvəl Azərbaycanla gərginliyin artması fonunda Ermənistana hərbi texnika göndərəcəyini bildirib. Lakin Lekornü Senatın Xarici İşlər və Müdafiə Komitəsinə hər hansı təfərrüat verməkdən imtina edib.

“İstənilən halda siz bəzi silahların sırf müdafiə xarakteri daşıdığını və başqa məqsədlərə yönəldilə bilməyəcəyini görə bilərsiniz. Bu silahlar bizə Ermənistana insanların həyatını və ərazisini qorumaq imkanı verməyimizə kömək edir”, – deyə Lekornü bildirib.